8 Noyabr - Zəfər Gününə həsr olunmuş kros qaçışı keçiriləcək. İştirakçılar hərəkət sxeminə uyğun olaraq Naxçıvan şəhəri Əziz Əliyev küçəsindən başlayaraq Heydər Əliyev Prospektində yerləşən Zəfər Parkına qədər 5500 metr məsafə qət etməli olacaq. 7 noyabr 10:00-da başlayacaq kros qaçışında yaşı 16-dan yuxarı hər kəs iştirak edə bilər. İştirak etmək istəyənlər aşağıdakı keçid linki vasitəsilə qeydiyyat formasını doldurulmalıdır:
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən keçiriləcək kros qaçışında simvolik olaraq ilk 8 yerin sahibi mükafatlandırılacaqdır.
Kros qaçışına dair ətraflı informasiyanı nazirliyin Kütləvi bədən tərbiyəsi və idman şöbəsindən əldə edə bilərsiniz.
Əlaqə: 036 544 50 79